“Azəri-Çıraq-Günəşli” yatağındaki platformalardan biri bu həftə işə düşə bilər
Yataq işə düşdükdən sonra həmin yataqdan 36 min tondan artıq neft əldə ediləcək

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yatağındaki platformalardan biri bu yaxınlarda işə düşəcək. Dövlət neft şirkətinin vitse-prezidenti Xöşbəxt Yusifzadənin sözlərinə görə, platformada baş verən qaz sızmasının səbəbləri ilə bağlı ilkin ehtimallar mövcuddur:“Platformalar yavaş-yavaş düzəlir. Bəlkə bu həftənin axırına qədər “Qərb” platforması və “Qərb-Azəri” istismara buraxıldı . Onun indiyədək istismara buraxılmamasının səbəbi “Mərkəzi Azəri” ilə əlaqədar idi. Böyük generator dayandığına görə o da dayanmışdı. İndi onu da düzəldiblər. Bu həftənin axırı üçün o da işə başlayacaq”.
Yataq işə düşdükdən sonra həmin yataqdan 36 min tondan artıq neft əldə ediləcək. Xöşbəxt Yusifzadənin sözlərinə görə “Mərəkzi Azəri” platforması üzərində isə işlər hələ də davam etdiriləcək. Onun işə başlaması isə qaz sızmasının səbəbləri tamamilə öyrənildikdən sonra mümkün olacaq. Amma ilkin ehtimallar da var.
Qeyd edək ki, “Azəri” yatağındaki platformalarda baş verən qaz sızmasından sonra əsrin müqaviləsi layihəsi çərçiəvsində hasilat 50 faiz azalıb. /ANS TV/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 08.10.2008 00:42

© anspress.com