Türkiyə İraqın şimalında “bufer zonası” yarada bilər
Ərdoğan isə Türkiyə ordusuna İraqın şimalında əməliyyatları həyata keçirilməyə imkan verən qətnamənin qəbulunun daha bir il uzadılmasını təklif edib

"Qafqazda sabitlik və əməkdaşlıq platforması"nı irəli sürən Türkiyənin başı isə indi daha çox daxili məsələlərə qarışıb. Mərkəzi hökumət Türkiyə ordusunun İraqın şimalındakı terrorçuların məhv edilməsi üçün əməliyyatların həyata keçirilməsinə imkan verən qətnamənin qəbulunun daha bir il uzadılmasını təklif edir. Baş nazir Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində çıxış edərək, məclis üzvlərini  səs verməyə çağırıb.
"Türkiyə dövləti olaraq bu xəyanətin belini qıracağıq. Başqa yol yoxdur”. Bunu isə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçeli partiyasının parlament qrupunun toplantısındakı çıxışında deyib. O, bildirib ki, yalnız hərbi vasitələrlə terror probleminin həlli mümkün deyil. Baxçeli Türkiyənin cənub-şərq vilayətlərində fövqəladə vəziyyət rejiminin elan edilməsi də daxil olmaqla, bütün zəruri tədbirlərin görülməsini istəyib. O, PKK terrorçularının Türkiyəyə sızmasını əngəlləmək məqsədilə İraqın şimalında “bufer zonası” yaradılması təklifi ilə də çıxış edib . MHP liderinin təklifinə münasibət bildirən hökumət sözçüsü Cəmil Çiçək isə “bufer zonası”nın yaradılması məsələsinin müzakirə ediləcəyini söyləyib./ANS TV/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 07.10.2008 17:35

© anspress.com