Mingəçevir Şəhər Elektrik Şəbəkəsinin əməkdaşlarına hökm oxunub
Mail İsmayılov və Fikrət Həsənov 10 il müddətinə azadlıqdan məhrum edilib
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Mingəçevir Şəhər Elektrik Şəbəkənin əməkdaşlarına hökm oxunub. ANS PRESS-in məlumatına görə, şirkətin əməkdaşları Fikrət Həsənov və Mail İsmayılov “Allahverdi 97” MMC -nin icraçı direktoru İlqar Abdullayevdən 16 min manat tələb ediblər. Onlar Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs ounublar. Hakim Ənvər Seyidovun sədrlik etdiyi məhkəmənin hökmü ilə Mail İsmayılov və Fikrət Həsənov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hər iki şəxs Azərbaycan respublikası Cinayət Mcəlləsinin 182-ci maddəsi ilə ittiham olunub. Anar Məmmədov /ANS PRESS/ © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 07.10.2008 15:34 © anspress.com |