Həmyerlisini qətlə yetirən Göyçay sakininə 11 il iş istənilib
Hökm oktyabrın 14-də elan olunacaq

Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Eynulla Vəliyevin sədrlik etdiyi prosesdə həmyerlisini qətlə yetirməkdə təqsirləndirilən Göyçay sakininin məhkəmə istintaqı yekunlaşıb. ANS PRESS-in məlumatına görə, təqsirləndirilən Sənan Tahirov bu ilin iyununda mübahisə zəminində həmyerlisi Vüsal Abdinovu qətlə yetirib. Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Prosesdə çıxış edən dövlət ittihamçısı məhkəmədən S. Tahirovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Hökm oktyabrın 14-də elan olunacaq.

Anar Məmmədov/ANS PRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 07.10.2008 14:07

© anspress.com