“Kiçik sahibkarlığın inkişafı yolları” mövzusunda konfrans keçirilib
Tədbirdə ABŞ-ın Azərbaycandakı səfiri bildirib ki, ABŞ hökumətinin və digər təşkilatların Azərbaycan təşkilatlarına iqtisadi yardım layihələrini dəstəkləyir
Bu gün Bakıda Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu “Kiçik sahibkarlığın inkişafı yolları” mövzusunda konfrans keçirib. Konfrans Beynəlxalq Özəl Sahibkarlıq Mərkəzinin dəstəyi ilə həyata olub. Tədbirdə ABŞ-ın Azərbaycandakı səfiri Enn Dörsi çıxış edərək bildirib ki, ABŞ hökumətinin və digər təşkilatların Azərbaycan təşkilatlarına iqtisadi yardım layihələrini dəstəkləyir. Dünya Bankının Bakı ofisinin rəhbəri Qreqori Ederjeytik çıxışında bildirib ki, hazırda Azərbaycanda biznes qurmaq çox asandır və bu da aparılan islahatların nəticəsidir. O, Azərbaycanda gedən son iqtisadi islahatları dəyərləndirib və bildirib ki, hazırda Azərbaycanda orta və kiçik sahibkarlığın inkişafı sürətlə gedir. Daha sonra kiçik sahibkarlığın inkişafı üzrə milli gündəlik açıqlanıb. Sahikarlığın və bazar iqtisadiyyatının inkişafına yardım fondunun sədri Sabit Bağırov bildirib ki, kiçik biznes yardımı üzrə institusional islahatların aparılması məqsədəuyğundur. Onun sözlərinə görə, kiçik biznes üzərində dövlət himayəsinin təmin edilməsinin digər istiqaməti - kiçik biznes üzrə dövlət və ya milli ombudsman institutunun təsis edilməsdir. S. Bağırov hesab edir ki, belə institutlar mili ombudsman vəzifələrini kiçik biznesin maraqlarını həddən artıq federal tənzimləmədən, nəzarətdən və mümkün cərimələrdən müdafiə etməkdir. Gülnaz Qəmbərli/ANS PRESS/ © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 07.10.2008 13:47 © anspress.com |