Ze Roberto "Bavariya"dan gedir
Almaniyanın “Bavariya” klubunun braziliyalı futbolçusu Ze Roberto mövsümün sonunda komandadan getmək istədiyini açıqlayıb

Almaniya çempionatı Bundesliqada ağır günlər keçirən “Bavariya” klubunun,braziliyalı ulduz futbolçusu Ze Roberto, mövsümün sonunda müqaviləsini artırmaq barədə düşünmədiyini və komandadan getmək istədiyini bildirib. Bayer Leverkuzen və Bavariya komandalarının heyətində 10 il keçirən Ze Roberto, Kicker dərgisinə verdiyi açıqlamada, "Burada vaxtımın başa çatdığını düşünürəm.Hələ 2 il də futbol oynmaq istəyirəm amma başqa komandada" deyə bildirib. Ze Roberto Amerika Futbol Liqası (MSL) klublarından transfer təklifləri aldığını də qeyd edib.

Elvin Rəsul/ANS PRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 07.10.2008 11:41

© anspress.com