Bakıda gecə klubunda işləyən barmen, xadimə tərəfindən bıçaqlanıb
Ürəyindən bıçaqlanan 28 yaşlı Rasim Əzizov xəstəxanada dünyasını dəyişib
Bu gecə Bakının Nəsimi rayonu, Azadlıq prospekti, 95 ünvanında yerləşən «Karaoke» gecə klubunda mübahisə nəticəsində klubda barmen işləyən 28 yaşlı Rasim Əzizov qarın nahiyəsindən bıçaqlanıb. Hadisədən dərhal sonra yaralı Kliniki Tibbi mərkəzə çatdırılıb və üzərində cərrahiyə əməliyyatı aparılıb. Buna baxmayaraq, Rasim Əzizov xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir. /ANS TV/ © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 07.10.2008 10:52 © anspress.com |