Türkmənistan prezidenti «qara kəmər» aldı
Ümumdünya Karate Federasiyası onu Türkmənistanın müstəqillik əldə etməsinin 17-ci ildönümü münasibətilə mükafatlandırıb
Türkmənistan prezidenti Qurbanqulu Berdımuhamedov yüksək karate səviyyələrindən olan 6-cı dan «qara kəmər»ə layiq görülüb. Məlumatı Türkmənistan televiziyası yayıb. Ümumdünya Karate Federasiyasının prezidenti Antonio Espinos, Qurbanqulu Bedımuhamedova gördərdiyi məktubda ona «qara kəmər» verildiyini yazıb. Məktubda deyilir ki, ÜKF Türkmənistan prezidentini ölkəsinin müstəqillik əldə etməsinin 17-ci ildönümü münasibətilə mükafatlandırıb. Bu zaman Qurbanqulu Bedımuhamedovun milli idmanın inkişafındakı xidmətləri nəzərə alınıb. /ANS PRESS/ © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 08.10.2008 01:04 © anspress.com |