Bu gündən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə yeni sərnişin aviareysləri həyata keçiriləcək
AZAL-dan verilən məlumata görə, bununla da Bakı-Naxçıvan reysləri gündə 6 dəfə deyil, 7 dəfə yerinə yetiriləcək

Bu gündən etibarən «Azərbaycan hava yolları» Qapalı Səhmdar Cəmiyyəti Fransa istehsalı olan «ATR» tipli təyyarələrlə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə yeni sərnişin aviareyslərini həyata keçirməyə başlayacaq.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərlinin ANS TV-yə verdiyi məlumata görə, bununla da Bakı-Naxçıvan reysləri gündə 6 dəfə deyil, 7 dəfə yerinə yetiriləcək. Qeyd edək ki, hazırda AZAL ölkə daxilində Bakı-Gəncə və Bakı-Zaqatala sərnişin reyslərini həyata keçirir. Yaxın günlərdə isə Bakı-Lənkəran reysinin açılması nəzərdə tutulub. /ANS TV/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 07.10.2008 10:30

© anspress.com