Qırğızıstanda zəlzələdən ölənlərin xatirəsinə matəm elan olunub
Qırğızıstan seysmoloji mərkəzi yaxın vaxtda bölgədə daha bir təkanın qeydə alınacağını bildirib

Qırğızıstanda oktyabrın 5-də gecə baş verən zəlzələ nəticəsində ölənlərin xatirəsinə bu gün matəm elan olunub. Oktyabrın 5-i gecə saatlarında ölkənin Oş vilayətində 8 bal gücündə baş verən zəlzələ nəticəsində 74 nəfər ölüb,100-ə yaxın insan yaralanıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, ölənlərin 41-i uşaqdır. Yaralıların əksəriyyəti isə Oş şəhərindəki Sarı Daş kəndinin xəstəxanasına yerləşdirilib. Qırğızıstan hökuməti zəlzələdən zərər çəkənlərə yardım üçün 500 min dollar məbləğində pul vəsaiti ayırıb. Artıq bir neçə ölkə əraziyə xilasetmə dəstələri göndərib. Tacikistanla sərhəddəki Oş vilayəti aktiv seysmik zona sayıldığından, Qırğızıstan seysmoloji mərkəzi yaxın vaxtda bölgədə daha bir təkanın qeydə alınacağını bildirib. /ANS TV/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 07.10.2008 10:29

© anspress.com