Azərbaycanla Moldovanın Dövlət Sosial Müdafiə Fondları arasında saziş imzalanıb
Saziş layihəsi iki qurum arasında qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutur
Bakıda Azərbaycanın Dövlət Sosial Müdafiə Fondu ilə Moldova Respublikasının Milli Sosial Sığorta Kassası arasında əməkdaşlıq haqqında saziş imzalanıb. DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, sənədi Azərbaycan tərəfdən Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov, Moldova tərəfdən isə Milli Sosial Sığorta Kassasının prezidenti Mariya Borta imzalayıblar. Saziş layihəsi adıçəkilən hər iki qurum arasında qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutur. Sənədə əsasən tərəflər informasiya kommunikasiya texnologiyaları, sığorta pensiya islahatları, əhalinin sosial müdafiəsi sahəsində təcrübə mübadiləsini bölüşmək, birgə seminarlar həyata keçirmək, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini təşkil etmək və başqa bu kimi məsələlərdə razılığa gəliblər./ANS PRESS/ © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 07.10.2008 10:38 © anspress.com |