Misir prezidenti müxalifətçi jurnalisti əfv edib
İbrahim İsa, Hüsnü Mübarəkin səhhəti ilə bağlı yalan məlumat yaymaqla dövlət maraqlarına zərbə vurmağa görə mühakirə olunmuşdu
Misir prezidenti Hüsni Mübarək «Əd-düstur» müxalifət qəzetinin baş redaktoru İbrahim İsanı əfv edib. O, ölkə prezidentinin səhhəti ilə bağlı yalan məlumatlar yaydığına görə iki ay müddətinə azadlıqdan məhrum edilmişdi. MENA agentliyinin məlumatına görə, prezidentin qərarı aşkarlıta və mətbuat azadlığını təsdiqləmək qəbul edilib. İbrahim İsa əvvəllər altı ay müddətinə azadlığa məhrum edilmişdi. Sonradan isə Hüsni Mübarəkin səhhəti ilə bağlı yalan məlumatlar yaymaq ittihamı ilə daha iki ay müddətinə həsb edilib. İttihamçılar iddia edir ki, prezidentin sağlamlığı ilə bağlı yalan məlumat qiymətli kağızlar bazarında sarsıntılara və 350 milyon dollar dəyərində xarici investisiyanın ölkədən çıxmasına səbəb olub. Misir qanunvericiliyi mətbuat azadlığına təminat verir. Lakin dövlət maraqlarına ziddi məlumatların dərcinə görə məhkəmə araşdırması barədə də qanun var. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 07.10.2008 01:25
© anspress.com
|