Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti işləri ilə bağlı qaydaları sərtləşdirəcək
Komitənin hazırladığı qaydalarda bütün tikintilərin şəhərsalma prinsiplərinə uyğunlaşdırılması əksini tapıb
Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş yeni əsasnaməyə uyğun olaraq, bundan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən layihə işlərinə lisenziyaların verilməsinə başlanılacaq. Komitə sədri Abbas Ələkbərov deyib ki, inşaat işlərinin həyata keçirilməsi üçün mövcud hüquqi bazanın yeniləşdirilməsinə, yeni normativ-hüquqi sənədlərin hazırlanmasına ehtiyac var və artıq bu istiqamətdə iş görülür. © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 06.10.2008 23:20 © anspress.com |