Gözdən əlillərin prezident seçkilərində iştirak etməsi üçün bülletenlər hazırdır
Həmin bülletenlər brayl əlifbası ilə tərtib olunmuş trafaretlərdən ibarətdir
15 oktyabr prezident seçkilərində gözdən əlil şəxslərin səsverməsi üçün seçki bülleteninin üzərinə qoyulacaq brayl əlifbası ilə tərtib olunmuş trafaretlər artıq hazırdır. Onlar sabahdan etibarən yerlərdəki seçki komisiyalarına paylanılmağa başlayacaq. Bu barədə ANS-ə məlumat verən MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımovun sözlərinə görə, gözdən əlillərin səsverməsi zamanı da ümumi seçki bülletenlərindən istifadə olunacaq:“Səsvermə bülüteni var və həmin bülütenlərin üzərinə bu trafvretlər bərkidilir. Namizədlərin qarşısında olan kvadretlar trafaretlərin boş formasına düşür və brayel əlifbası ilə oxuyan seçicilər həmin bu hərflə oxuma zamanı bülüten üzərinə hər hansı bir namizədin üzərinə işarə qoyur və işarə qoulduqda həmin işarə trafetin məhz boş hissəisində bülütenin üzərinə düşür”. © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 06.10.2008 21:12 © anspress.com |