Macarıstanda qatar qəzası baş verib
İki qatarın toqquşması nəticəsində dörd nəfər həlak olub, onlarla xəsarət alan var

Macarıstanda iki sərnişin qatarının toqquşması nəticəsində dörd nəfər həlak olub, təxminən 26 nəfər isə xəsarət alıb. Hadisə paytaxt Budapeştin 40 kilometrliyində yerləşən Monorierd stansiyasında baş verib.
İTAR-TASS-ın məlumatına görə, onlarla xəsarət alan arasında dörd nəfərin həyatı təhlükədədir. Onları helikopterlərlə hospitala çatdırıblar. Hadisə yerində xilasedicilər işləyir. Onlar istisna etmir ki, məhv olmuş əzilmiş vaqonlarda adamlar ola bilər. İlkin ehtimallara görə, qəzaya texniki nasazlıq səbəb olar bilər. İstisna olunmur ki, semaforlar düzgün sişnal verməyib. Hüquq-mühafizə orqanları araşdırmalara başlayıb. /ANS PRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 06.10.2008 21:47

© anspress.com