İSESKO Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu münaqişənin tezliklə sülh yolu ilə həllini gözləyir
İSESKO-nun baş katibi: "Biz Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycan hökümətini dəstəkləyirik və inanırıq ki,Azərbaycan da öz ərazi bütövlüyünü tam bərpa edəcək"

Bu gün Bakıda İslam ölkələrinin təhsil və elm tədqiqat nazirlərinin 4-cu beynəlxalq konfransı öz işinə başlayıb. Elmdə gənc alimlərin gücü ilə dəyişiklərə nail olunması mövzusunda keçirilən bu konfransda İslam konfrans təşkilatına (İKT) üzv olan 41 ölkənin 200 dən artıq nümayəndəsi və 15 ölkənin təhsil naziri iştirak edir.
“Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq və bu münaqişənin sülh yolu ilə tez bir zamanda həllini gözləyirik”. Bunu Bakıda öz işinə başlamış İslam ölkələrinin ali təhsil və elm tədqiqat nazirlərinin 4-cü beynəlxalq konfransında İSESKO-nun baş katibi Əbdüləziz bin Osman əl-Tuveycri dedi. Onun sözlərinə görə, Azərbaycan hökuməti tövsiyə edərsə, konfransın yekun qətnaməsinə Dağlıq Qarabağla bağlı məsələ salına bilər: “Biz Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycan hökümətini dəstəkləyirik və inanırıq ki, Azərbaycan da öz ərazi bütövlüyünü tam bərpa edəcək. Məhz İKT-nin yaranmasında da əsas məqsəd İslam ölkələri arasında həmrəliyin nümayiş etdirilməsidir. Azərbaycan da əlbəttə bu təşkilatının üzvü olduğundan bu məsələdə hər cür dəstəyini alır vəç bu belə davam edəcək”.
Bundan başqa İSESKO-nun baş katibi İslam dövlətlərini təhsil və elmin inkişafına lazımi diqqət yetirməyə çağırdı. Baş katib təhsil sahələrində informasiya texnologiyalarının tətbiqinə də xüsusi diqqətin yetirilməsinin vacibliyini dedi
Qeyd edək ki, konfransda İKT-yə üzv olan 41 ölkənin 200-dən artıq nümayəndəsi o cümlədən 15 ölkənin təhsil naziri iştirak edir. Tədbirdə müsəlman ölkələrinin təhsil sahəsində qarşısında duran mühüm problemlər və onların həlli yolları müzakirə ediləcək. Konfrans oktyabrın 8-dək davam edəcək. /ANS TV/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 06.10.2008 20:28

© anspress.com