Seksual xarakterli hərəkətlərdə təqsirləndirilən Sabirabad sakini məhkəmə zalında həbs olunub
İltizam Ələkbərov 17 yaşlı həmkəndlisini aldadaraq zorlayıb

Seksual xarakterli hərəkətlərdə təqsirləndirilən Sabirabad rayon sakininə bu gün hökm oxunub. ANS PRESS-in məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə hakim Əlisoltan Osmanovun sədrlik etdiyi prosesdə Sabirabadın Kürkənd kənd sakini İltizam Ələkbərov 7 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

O, 17 yaşlı həmkəndlisi Nərgiz Əliyevanı (ad şərtidir) aldadaraq onunla evlənəcəyini bildirib və zorlayıb. İ.Ələkbərov Cinayət Məcəlləsinin 150.3 (seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə ittiham olunub. /ANS PRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 06.10.2008 18:03

© anspress.com