Kişilərdə Rafael Nadal, qadınlarda Yelena Yankoviç 1 nömrədi
ABŞ Açıq tennis turnirinin qalibi olduqadan sonra birinci pilləyə yüksələn ABŞ tennisçisi Serena Vilyams 2-ci sıraya enib
Dünya tennisçilərinin reytinq cədvəli açıqlanıb. Ötən həftə Almaniyanın Ştuqqart şəhərində keçirilən Porşe Gran Prisinin finalında rusiyalı rəqibi Nadiya Petrovanı 6-4 və 6-3-lük setlərlə 2-0 məğlub edərək, çempion olan serbiyalı Yelena Yankoviç, 4230 xalla qadın tennisçilərin reytinq cədvəlində birinci pilləyə yüksəlib. 23 yaşlı serbiyalı tennisçi, ötən həftə də Çin Açıq tennis turnirinin qalibi olmuşdu. ABŞ Açıq tennis turnirinin qalibi olduqadan sonra birinci pilləyə yüksələn ABŞ tennisçisi Serena Vilyams 2-ci sıraya enib, 3-cü pillədə olan Dinara Safina isə mövqeyni qoruyub.
Kişilərin reytinq cədvəlində isə ilk 3-lük dəyişməyib. İspaniyalı Rafael Nadal 7000 xalla 1-ci pillədəki yerini qoruyub, isveçrəli Roje Federer 2-ci, serbiyalı Novak Cokoviç 3-cü pillədə qərarlaşıblar. Dünya reytinq cədvəlində ilk onluqada qərarlaşan tennisçilər bunlardır:
Qadınlar 1. (2) Yelena Yankoviç (Serbiya) 4230 xal 2. (1) Serena Vilyams) 4017 3. (3) Dinara Safina (Rusiya) 3782 4. (4) Yelena Dementiyeva (Rusiya) 3470 5. (5) Anna İvanoviç (Serbiya) 3288 6. (6) Maria Şarapova (Rusiya) 3041 7. (7) Svetlana Kuznetsova (Rusiya) 2920 8. (8) Venus Vilyams (ABD) 2311 9. (9) Vera Zvonaryeva (Rusiya) 2182 10. (10) Agnieszka Radvanska (Polşa) 2146
Kişilər 1. (1) Rafael Nadal (İspaniya) 7000 xal 2. (2) Roje Federer (İsviçre) 5930 3. (3) Novak Cokoviç (Serbiya) 4960 4. (4) Endi Murray (İngiltərə) 2995 5. (6) Nikolay Davidenko (Rusiya) 2400 6. (5) Devid Ferrer (İspaniya) 2315 7. (7) Devid Nalbandian (Argentina) 1975 8. (8) Endi Roddik (ABŞ) 1970 9. (12) Xuan Martin del Potro (Argentina) 1685 10. (9) Stanislas Vavrinka (İsveçrə) 1670
(Qeyd: mötərizədəki rəqəmlər, tennisçilərin daha öncəki sıralamadı mövqeləridir)
Elvin Rəsul/ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 06.10.2008 18:02
© anspress.com
|