İngiltərənin “Arsenal” klubu Arda Turan üçün “Qalatasaray”a 15 milyon funt sterlinq təklif edib
İngilis klubu, Ardanı başqa komandaya satacaqları təqdirdə əldə olunacaq gəlirin 30%-ni də
“Qalatasaray”a verəcək
İngiltərənin “Arsenal” klubu Türkiyə millisinin və “Qalatasaray”ın gənc ulduzu Arda Turanı trasfer etmək üçün bir daha “Qalatasaray”a təklif göndərib. Qış trasfer pəncərəsi dövründə türkiyəli futbolçunu trasfer etmək istəyən “Arsenal”, menecer vasitəsilə “Qalatasaray”a “Ardanın trasferi üçün 15 milyon funt sterlinq məbləğ ayırmışıq. Yanvarda bu işi bitirək” ismarıcını göndərib. İngilis klubu bundan əlavə “Qalatasaray”a, Ardanı başqa komandaya satacaqları təqdirdə əldə olunacaq gəlirin 30%-ni də təklif edib. Düşünmək üçün “Qalatasaray”a yanvara kimi vaxt verən “Arsenal”ın təklif olunan məbləği daha da artıracağı gözlənilir. © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 08.09.2008 13:29 © anspress.com |