Oğuzda özünü 20 gün əvvəl asan kişinin meyiti aşkar edilib
Qoz ağacından asılı vəziyyətdə tapılan şəxsin adı hələ ki, bilinmir

Oğuz rayonunda, dağ massivində yerləşən istirahət mərkəzlərindən birindən təqribən 3-4 kilometr kənarda naməlum kişi meyiti tapılıb. Meyit hündür qoz ağacında asılı vəziyyətdə aşkarlanıb. İlkin müayinə zamanı məlum olub ki, adı bilinməyən şəxs təqribən 20 gün əvvəl ölüb. Hazırda faktla bağlı Rayon Prokurorluğunda araşdırmalar aparılır./ANS TV/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 08.09.2008 13:10

© anspress.com