Ermənistan Atom Elektrik Stansiyası təmirə bağlanıb
AES 85 gün bağlı qalacaq
Ermənistan Atom Elektrik Stansiyası 85 gün müddətinə bağlanıb. AES-də əsaslı təmir işləri aparılacaq. Bu barədə məlumatı «İnterfaks» agentliyi stansiyanın icracı direktoru Qaqik Markosyana istinadən yayıb. Stansiyanını işi sentyabr ayının 5-də dayandırılıb. Təmir işləri əsasən nüvə yanacağının reaktordan daşınması və onun yoxlanması işəlri aparılan korpusda olacaq. Bundan başqa, generatorların kimyəvi yuyulması, reaktorda axıntını təyin edə bilən yeni sistemin montajı, dizel generatorlarnın təmiri və başqa işlərin görülməsi də planlaşdırılır. Xatırladaq ki, AES Ermənistanın qərbində Armavir əyalətində yerləşir. Orada iki enerji bloku quraşdırılıb. Onların ümumi gücü 816 meqavitdir. 2003-cü ilin sentyabr ayında beş illik icarəyə verilib. Stansiya resbulikada istehsal elektrik enerjisinin 40 faizini verir./ANS PRESS/ © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 08.09.2008 12:50 © anspress.com |