Ayk qasırğası Karib adalarına zərbə vurub
Ayk qasırğası son üç həftə ərzində regionda hökmranlıq edən dördüncü böyük qasırğadır
Turks və Caicos adaları Ayk qasırğasının zərbələrinə məruz qalıb. Turks and Caicos Adaları baş naziri Maykl Misik qasırğanın Grand Turk adasındakı evlərin yüzdə 80-nə zərər verdiyini açıqlayıb. Xalqın qorunmaq üçün evlərindəki şkaflara və ya nərdivan altına saxlandığını izah edən baş nazir, «Həyatda qalmağa çalılışırlar, ciddi olaraq çox pis zərbə alıblar»,- deyə qasırğanın təsirini izah etməyə çalışıb. Ayk qasırğası son üç həftə ərzində regionda hökmranlıq edən dördüncü böyük qasırğadır. Hazırda 4-cü kateqoriyaya aid edilən Ayk saatda 215 kilomter sürətlə arxipelaqı «caynağına» alıb. Qasırğa növbəti günlər ərzində Haitinin şimalından keçərək 30 santimetr yağışla Kuba və Bahama adalarına doğru hərəkət edəcək. /ANS PRESS/ © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 08.09.2008 12:46 © anspress.com |