Elmar Məmmadyarovun Moskavaya səfəri başa çatıb
Nazirlə görüşdə Sergey Lavrov Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyini bəyan edib

Xarici işlər naziri Elmar Məmmadyarovun Moskavaya səfəri başa çatıb. Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahimin verdiyi məlumata görə, nazir dünən rusiyalı həmkari Sergey Lavrovla görüşüb. Görüş zamanı regional məsələlər və Türkiyənin təklif etdiyi “Qafqaz Təhlükəsizlik və Əməkdaşlıq Platforması” müzakirə edilib. Tərəflər regiondakı vəziyyətin sabitləşməsininin bütün region dövlətlərinin marağında olduğunu vurğulayıblar. Görüşdə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub və rusiyalı nazir iki ölkə arasında olan əvvəlki razılaşmalara, o cumlədən iki prezident arasında imzalanmış sənədə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyini bəyan edib. /ANS PRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 08.09.2008 12:37

© anspress.com