Rusiya və Fransa prezidentləri Qafqazdakı vəziyyəti müzakirə edəcək
N.Sarkozi Moskvadan Tiflisə gedəcək
Rusiya və Fransa prezidentləri Dmitiri Medvedev və Nikola Sarkozi Qafqazdakı vəziyyəti müzakirə edəcək. Sarkozinin Rusiyaya səfəri ərəfəsində Rusiyanını Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Andrey Nesterenko «Fransa prezidentinin Dmitri Medvedevlə Qafqazdakı vəziyyəti müzakirə etmək istədiyini» bildirib. «Ola bilər ki, başqa suallar da qaldırılsın. Lakin mənim danışıqların gedişatını şərh etmək hüququm yoxdur. Moskvada hesab edirlər ki, müttəfiqlər ilə, istər Avropa Birliyi olsun, istərsə də digər ölkələr, daimi dialqun saxlanması gündəlikdə olan bütün məsələləri müzakirə etməyə və birinci əldən informasiya mübadiləsinə şərait yaradacaq. Bu, çox vacibdir. Belə ki, əgər mövqe üçüncü və ya dördüncü kanal vasitəsi ilə ötürülürsə, yalnışlıq baş verir», deyə diplomat bildirib. Fransa prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Moskvaya həmçinin Avropa Komissiyasının sədri Joze Manuel Barrozu və Aİ-in ümumi xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Xavyer Solanada səfər edəcək. Nümayəndə heyəti Moskvadan Gürcüstanın paytaxtı Tiflisə yola düşəcək. /Rian.ru/ © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 08.09.2008 11:48 © anspress.com |