Pekin 2008 Yay Paralimpiya Oyunlarında da ilk medalımız cüdodan gəldi
Ramin İbrahimov Ben Quoteri məğlub edərək bürünc medal qazanıb
Çin Xalq Respublikasının paytaxtı Pekində keçirilən XIII Yay Olimpiya Oyunlarının ilk yarış günündə ilk komandamız ilk medlını qazanıb. Cüdo yarışlarında ölkəmizi təmsil edən Ramin İbrahimov (60 kq) bürünc medal qazanıb. Cüdoçumuz ilk döyüşdə ukraynalı İqor Zayadkoviçə, ikinci görüşündə rus Səid Şahmanova qalib gələrək yarımfinala çıxsa da, əlcəzairli Mulud Noura məğlub olub. Daha sonra təsəlliverici görüşə çıxan Ramin İbrahimov Ben Quoteri məğlub edərək bürünc medal qazanıb. 66 kq çəki dərəcəsində mübabarizə aparan digər çüdoçumuz İlkin Alışov İlk görüşündə yarışa, braziliyalı Eduard Amarala üzərində qələbə qazansa da, ikinci görüşdə əlcəzairli Sidali Lamriyə uduzaraq qızıl medal qazanmaq şansını əldən verib. Daha sonra təsəlliverici görüşə çıxan İ.Alışov ilk döyüşdəcə məğlub olub. Qeyd edək ki, hər iki çəki dərəcəsində oyunların qızıl medallarını Əlcəzair cüdoçuları qazanıb. Medalçılar siyahısına isə aktivində 4 qızıl, 2 gümüş və 3 bürünc medalı olan Amerika Birləşmiş Ştatlarının komandası başçılıq edir. Böyük Britaniya millisi 4 qızıl, 1 gümüş və 2 bürünc medalla ikinci, Çin yığması isə 3 qızıl, 4 gümüş və 6 bürünc medalla üçüncü yeri tutur. Komandamız isə 1 bürünc medalla 24-cü yerdədir. /ANS TV/ © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 08.09.2008 11:09 © anspress.com |