Azərbaycan «Avroviziya rəqs-2008» müsabiqəsində beşinci yerə çıxıb
Ölkəmizi təmsil edən Eldar Cəfərov və Anna Sajina adlı rəqs cütlüyü 106 xal toplayıb

«Avroviziya rəqs-2008» müsabiqəsində Azərbaycanı təmsil edən cütlük beşinci yerə çıxıb. Ölkəmizi təmsil edən Eldar Cəfərov və Anna Sajina adlı rəqs cütlüyü 106 xal toplayıb. Yarışmanın qalibi  isə 154 xal toplayan polşalı rəqqaslar olub. İkinci və üçüncü yerləri isə müvafiq olaraq 121 xalla Rusiya və 119 xalla Ukrayna tutub.

Qeyd edək ki, yarşımada 14 ölkənin nümayəndələri iştirak edib. Azərbaycan müsabiqədə ilk dəfə çıxış edib və yarışmada iştirak edən yeganə müsəlman ölkəsi olub.

Müsabiqənin nəticəsi:
1. Polşa 154 xal
2. Rusiya 121 xal
3. Ukrayna-119 xal
4. Litva -110 xal
5. Azərbaycan- 106 xal
6. Danimarka -102 xal
7. Yunanıstan -72 xal
8. Portuqaliya -61 xal
9. Böyük Britaniya -47 xal
10. Finlandiya -44 xal
11. İrlandiya -40 xal
12. İsveç -38 xal
13. Avstrya -29 xal
14. Niderland -1 xal /Day.az/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 08.09.2008 11:04

© anspress.com