Əfqanıstanın Qəndahar şəhərində polis departamentində partlayış baş verib
Partlayışın əsas hədəfi olan sərhəd polis qərargahının rəisi general Əbdul Raziq yaralanıb

Əfqanıstanın ikinci ən böyük şəhəri Qəndaharda polis departamentində partlayış baş verib. İki kamikadzenin törətdiyi partlayış nəticəsində ən azı 2 polis əməkdaşı ölüb, 37 nəfər yaralınıb. İlkin məlumatlara əsasən, əsas hədəf - ölkənin Sərhəd Polis Qərargahının rəisi  Əbdul Raziq olub. O, partlayış nəticəsində bədən xəsarəti alıb.

Qəndahar şəhərinin qubernatoru  bəyan edib ki, insident zamanı ölənlər polis əməkdaşlarıdır. Yaralılardan 29-u da polis, səkkizi isə mülki şəxsdir. Partlayışa görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməsə də, terror aksiyasında Taliban hərəkatının üzvləri şübhəli bilinir. /ANS PRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 08.09.2008 10:51

© anspress.com