Polis məni qoruyurmu?
Daxili İşlər Nazirliyi polisin fəaliyyətinə dair əhali arasında rəy sorğusu keçirir
Daxili İşlər Nazirliyinin rəsmi internet saytında rəy sorğusu keçirilir. Daxili İşlər Nazirlyinin mətbuat xidmətindən ANS PRESSSə verilən məlumata görə, sorğuda ölkədə sabitliyin qorunmasında polisin rolundan tutmuş, ərazi polis orqanlarının hansı sahədə fəaliyyəti, kütləvi informasiya vasitələrində polis orqanlarının fəaliyyətinin işıqlandırılması, polisin işində aşkarlığın vəziyyəti, polis əməkdaşlarının xarici görünüşü və davranışları, hətta onların hərəkətlərinə qədər sahələri əhatə edən suallar yerləşdirilib. //www.mia.gov.az/?/az/poll_ext/ internet linkində yerləşdirilmiş sualların cavablarına əsasən Daxili İşlər Nazirliyi polis orqanlarında mövcud olan nöqsanları aradan qaldırmaq niyyətindədir. /ANS PRESS/ © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 08.09.2008 10:45 © anspress.com |