Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozub
Bütün hallarda düşmən cavab atəşilə susdurulub, itki yoxdur

Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 7-də saat 18.45-dən 18.50-dək və sentyabrın 8-də saat 04.20-dan 04.35-dək Ermənistan Respublikası Noyanberyan və Berd rayonlarının Voskepar, Çinari kəndləri ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Əskipara və Tovuz rayonun Koxa Nəbi kəndləri ərazisində yerləşən mövqelərini, sentyabrın 7-də saat 19.12-dən 19.17-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bütün hallarda düşmən cavab atəşilə susdurulub. İtki yoxdur./ANS PRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 08.09.2008 09:57

© anspress.com