Rus hərbçiləri «Rustavi-2» telekanalının iki əməkdaşını saxlayıb
Çəkiliş qrupu rus hərbçilərinin Cuma körpüsünün yaxınlığındakı ərazidə yeni post və səngər qazdığını lentə alırmış

Rus hərbçiləri bu gün «Rustavi-2» telekompaniyasının 2 əməkdaşını saxlayaraq Cuma körpüsündə çəkiliş aparmağa maneçilik törədib. Belə ki, rus hərbçiləri ilk öncə kameranı onların əlindən almağa cəhd göstərib. Daha sonra isə onları saxlamaq əmri alıb. Hətta çəkiliş qrupuna məxsus avtomobili də müsadirə ediblər.

Yalnız BMT mühahidəçilərinin məsələyə müdaxiləsi nəticəsində jurnalistlər sərbəst buraxılıb. Adı çəkilən körpü qal rayonundan Zuqdidiyə insanların hərəkəti üçün nəzərdə tutulub. Çəkiliş qrupu rus hərbçilərinin ərazidə yeni post və səngər qazdığını lentə ala bilib.

Bununla yanaşı, osetin separatçıları və rus hərbçiləri Nikozi kəndinin əhaisinə ultimatum verib. Ötən gecə kəndə daxil olan separtçı birləşmələr əhalidən 10 min dollar tələb edib. Əks təqdirdə isə onları evlərinin yandırılacağı ilə hədələyib. Yerli sakinlərə sabahadək vaxt verilib. /ANS TV/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 07.09.2008 16:49

© anspress.com