Bakıdakı Əbu-Bəkr məscidində partlayış törətmiş silahlı qruplaşmanın lideri öldürülüb
İlqar Mollaçıyev milis əməkdaşlarına silahlı müqavimət göstərərkən məhv edilib
Dağıstanda yerli silahlı qruplaşmanın lideri, silahlılar arasında «respublikanın əmiri» adı ilə tanınan İlqar Mollaçıyev öldürülüb. Bu barədə məlumatı Dağıstanın Daxili İşlər nazirliyi yayıb. Xəbər verilir ki, həyata keçirilmiş xüsusi əməliyyat tədbirləri zamanı İ.Mollaçıyevlə yanaşı daha iki şəxs zərərsi zləşdirilib. Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, silahlılar olduğu maşın mühasirəyə alınıb və hüquq-mühafizə orqanlarının əməkdaşlarına silahlı müqavimət göstərərkən məhv edilib. Qruplaşmanın bir üzvü yaralanıb, lakin o, hadisə yerindən qaçmağa müvəffəq olub və hazırda ətrafdakı meşə zolağında onun axtarışı həyata keçirilir. © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 08.09.2008 10:36 © anspress.com |