Azərbaycan və Rusiyanın xarici işlər nazirlərinin təkbətək görüşündə nə müzakirə edildi?
E.Məmmədyarov və S.Lavrov görüşdən razı qalıb


Moskvada Azərbaycan və Rusiyanın xarici işlər nazirləri - Elmar Məmmədyarov və Sergey Lavrov arasında təkbətək görüş keçirilib. «İnterfaks» informasiya agentliyinin yaydığı məlumata əsasən, nazirlər Rusiya prezidenti Dmitri Medvedevin bu il iyulun 3 və 4-də Bakıya rəsmi səfəri zamanı iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığa dair əldə edilmiş razılıqların gələcək perspektivlərini müzakirə ediblər. S.Lavrov və E.Məmmədyarov habelə Cənubi Osetiya hadisələrindən sonra Qafqaz regionunda və beynəlxalq aləmdə cərəyan edən hadisələrə dair geniş fikir mübadiləsi aparıb. /ANS PRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 08.09.2008 10:21

© anspress.com