Fransa prezidenti Nikola Sarkozinin Rusiyaya səfəri planlaşdırılır
Fransanın rəsmi Moskvadan atəşin dayandırılması barədə razılığın həyata keçirilməsini tələb edəcəyi bildirilir
Fransa prezidenti Nikola Sarkozinin sabah axşam saatlarında Rusiyaya səfəri planlaşdırılır. Gürcüstan prezident adminstrasiyasından verilən məlumata görə, Sarkozi Moskvada Dmitri Medvedevlə də görüşəcək. Görüşdə Fransanın rəsmi Moskvadan atəşin dayandırılması barədə razılığın həyata keçirilməsini tələb edəcəyi bildirilir. Razılığın yerinə yetirilməyəcəyi təqdirdə, Avropa Birliyinin noyabrdakı sammitində Rusiya ilə münasibətlərə yenidən baxacağı gözlənilir. /ANS TV/ © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 07.09.2008 17:08 © anspress.com |