Hanna qasırğası ABŞ-ın Nyu İnqland adlandırılan ərazisinə doğru yaxınlaşır
Corc Buş: «Biz Hanna, Ayk və başqa qasırğaların gəlməsi ilə bağlı hazırlıq işləri də görürük»
Tropik qasırğa hesab olunan Hanna qasırğasının Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu İnqland (Yeni İngiltərə) adlandırılan ərazisinə doğru yaxınlaşması getdikcə surətlənir. Qasırğa demək olar ki, əraziyə daxil olmaq ərəfəsindədir. Bununla bağlı ABŞ prezidenti Corc Buşun audio yazısı yayımlanıb. Ağ ev rəhbərinin ölkəyə ünvaladığı sözlərində bildirilir ki, Qustavo qasırğası infrastruktura ziyan vurub, on minlərlə sakinin sığınacaqlarda yaşaması məcburiyyətində qalıb və bir milyondan çox əhali elektriksiz qalıb. Federal hökumət dəyən ziyanı aradan qaldırmaq, sakinlərin evlərinə qayıtmasına kömək etmək və regionda həyatın normal şəraitə qayıtması üçün ştat və yerli rəsmilərlə işləyir: «Aparılan bu yardım işlərinin çoxalması ilə eyni zamanda biz Hanna, Ayk və başqa qasırğaların gəlməsi ilə bağlı hazırlıq işləri də görürük. Mənim başçılıq etdiyim administrasiya qasırğanın baş verdiyi dövrdə şiddətli havadan ziyan çəkmiş ərazilərdə yardımı davam etdirəcək». Bu arada yüzlərlə insan Haitidə yağan güclü yağışlar və aramsız küləklərin əsməsi ilə əlaqədar olaraq Qonaiv şəhərindən qaçmağa məcbur olublər. Məntəqənin sakinləri isə qasırğa zamanı hər şeylərini itirdiklərini söyləyirlər. Rəsmilər isə sülhməramlı yardım dəstələrinin xilasetmə tədbirləri zamanı təbiət hadisəsinin qurbanlarının daha da artacağından ehtiyatlanırlar. Şəhərin mərkəzi demək olar ki, hələ də bağlı saxlanılır. Rəsmilər isə adanın demək olar ki, yarısını əhatə edən qasırğa nəticəsində sağ qalanların xilasetmə tədbirləri ilə məşğuldurlar. Qeyd edək ki, ölkə adanı əhatə edən daşqından canını qurtarmamış daha bir daşqın təhlükəsi ilə üz üzə qalıb və yeni bir qasırğanı-Ayk qasırğasını qarşılamağa hazırlaşır. Qeyd edək ki, qərb yarımkürəsinin ən kasıb ölkəsi hesab olunan bu ölkə artıq adanın demək olar ki, yarısını əhatə edən qasırğanın açı nəticələrini artıq hiss etməkdədir. Bu təbiət hadisəsi artıq ölkə iqtisadiyyatından da təsirsiz ötüşməyib. Əhalinin ən çox tələbatı olan malların qiymətində artım müşahidə olunmaqdadır. /ANS TV/ © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 07.09.2008 16:29 © anspress.com |