«NATO gəmilərinin Qara dənizdə hərəkəti Gürcüstanla Rusiya arasında münaqişənin tənzimlənməsinə yönəlməyib»
Bunu Fransanın xarici işlər naziri Bernar Kuşner bəyan edib

«NATO gəmilərinin Qara dənizdə hərəkəti Gürcüstanla Rusiya arasında münaqişənin tənzimlənməsinə yönəlməyib». Bunu Avropa Birliyi xarici işlər nazirlərinin iki günlük görüşünün yekunu olaraq keçirdiyi mətbuat konfransında Fransanın xarici işlər naziri Bernar Kuşner bəyan edib.

Onun sözlərinə görə, bu vəziyyətdən çıxış yolu deyil. Bernar Kuşner vəziyyətdən çıxış yolunu Cənubi Osetiyaya beynəlxalq müşahidəçilərin göndərilməsində görür.

Bu gün NATO nümayəndə heyəti Gürcüstanın müdafiə sahəsindəki vəziyyətini öyrənmək məqsədilə Tiflisə gedəcək. Gürcüstanın alyansdakı nümayəndəsi Revaz Beşidzenin sözlərinə görə, nümayəndə heyəti hərbi əməliyyatlar zamanı Gürcüstana dəyən ziyanı müəyyənləşdirəcək. Sentyabrın 15-16-da isə Gürcüstanda qurumun baş katibi Yap De Xop Skefferin sədrliyi ilə NATO şurasının iclası keçiriləcək. /ANS TV/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 07.09.2008 16:23

© anspress.com