Bakı metropoliteninin "İçəri şəhər" stansiyası ilin sonunadək hazır olacaq
Bu barədə metropolitendən məlumat verilib

Bakı metropoliteninin "İçəri şəhər" stansiyası ilin sonunadək istifadəyə veriləcək. Bu barədə metropolitendən məlumat verilib. Məlumatda həmçinin bildirilir ki, tezliklə metronun yeni inkişaf planının icrasına başlanacaq.

Belə ki, yeni metro stansiyalarının tikintisini nəzərdə tutan 25 illik planın yaxın vaxtlarda hökumətdə təsdiq olunacağı gözlənilir. Plana uyğun olaraq yaxın 10 il ərzində 20 stansiyanın tikilməsi nəzərdə tutulur. Qeyd edək ki, indi metronun 20 yanvar stansiyasından yeni avtovağzala metro çəkilişi ilə bağlı işlər davam etdirilir. Bundan sonra isə yeni avtovağzaldan Xırdalana, oradan isə Sumqayıta yerüstü metronun çəkilməsi planlaşdırılır. Metro xəttinin paytaxtın Günəşli və Badamdar qəsəbələrinə qədər uzadılması da gələcək plana daxildir. /ANS TV/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 07.09.2008 16:40

© anspress.com