Ukrayna prezidenti Viktor Yuşşenkonun Bakıya səfəri təxirə salınıb
Ukraynanın enerji nazirinin müavini Burzu Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti isə sentyabrın 9-da Bakıya gələcək

Bir neçə gün əvvəl Ukraynanın Azərbaycandakı səfirliyində keçirdiyi mətbuat konfransında səfir Bors Klimçuk bu gün Ukrayna prezidenti Viktor Yuşşenkonun Bakıya səfər edəcəyi barədə məlumat versə də, diplomatik korpusdan səfərin bu gün baş tumayacağını bildirdilər. Yuşşenkonun Azərbaycana gözlənilən səfərinin tarixi barədə hələlik heç bir açıqlama verilməyib.

Ukraynanın enerji nazirinin müavini Burzu Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti isə sentyabrın 9-da Bakıya gələcək. Ukraynanın Azərbaycandakı səfiri Boris klimçuk bildirib ki, nümayəndə heyəti sentyabrın 9-10-da Bakıda keçiriləcək «Azərbaycan və Türkmənistanın neft-qaz potensialı: energetika, iqtisadiyyat, ekologiya və strateji əməkdaşlıq» üzrə beynəlxalq konfransda da iştirak edəcək. Burzu Əliyev Bakıda ikitərəfli görüşlər də keçirəcək. Görüşlərdə Ukraynada neft emalı zavodunun inşası ilə bağlı müzakirələr aparılacaq. /ANS TV/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 07.09.2008 15:51

© anspress.com