İdmançımız Ramin İbrahimov Paralimpiya Oyunlarının yarımfinala çıxıb.
Yarımfinalda onun rəqibi Əlcəzair idmançısı Mulud Nour olacaq
İdmançımız Ramin İbrahimov Pekində start götürmüş Paralimpiya Oyunlarının cüdo yarışlarında yarımfinala çıxıb. 60 kiloqram çəki dərəcəsində mübarizə aparan həmyerlimiz ukraynalı İqor Zayadkoviçi və Rusiya cüdoçusu Səid Şahmanovu məğlub edib. Yarımfinalda onun rəqibi Əlcəzair idmançısı Mulud Nour olacaq. © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 07.09.2008 14:30 © anspress.com |