ABŞ rəsmisi Şimali Koreyanın nüvə proqramı ilə bağlı danışıb
Kristofer Hill bildirib ki, Şimali Koreyanın Yonqbyanda nüvə reaktorunu yeniləşdirməsi ilə bağlı etdiyi cəhdlər barədə hələ də hər hənsı açıq-aşkar göstəriş mövcud deyil
Amerika Birləşmiş Ştatlarının (ABŞ) nüvə məsələləri üzrə sözcüsü Kristofer Hill Şimali Koreyanın nüvə proqramı ilə bağlı jurnalistlər qarşısında çıxış edib. ABŞ rəsmisi bildirib ki, Şimali Koreyanın Yonqbyanda nüvə reaktorunu yeniləşdirməsi ilə bağlı etdiyi cəhdlər barədə hələ də hər hənsı açıq-aşkar göstəriş mövcud deyil. Qeyd edək ki, ABŞ rəsmisi Şimali Koreyanın nüvə məsələsinə dair danışıqların son mərhələsində Çin həmkarı ilə görüşüb. Bu arada keçirilən altıtərəfli danışıqlarda Şimali və Cənubi Koreya ilə birgə ABŞ, Çin, Yaponiya və Rusiya da iştirak edir. Keçirilən ikitərəfli danışıqlardan sonra Hill jurnalistlərə bildirib ki, Çin tərəfi nüvə tərksilahının həyata keçirilməsi ilə bağlı əlindən gələni edir. Qeyd edək ki, Kristofer Hill həmçinin Cənubi Koreya və Yaponiyadan olan diplomatlarla görüşüb və bildirib ki, ABŞ keçirilən danışıqlarda iştirak edən tərəflərlə, yəni başda 5 ölkənin nümayəndələri olmaqla danışıqların davam etdirilməsi arzusundadır. Lakin o, sözlərinə onu da əlavə edib ki, Şimali Koreya ilə danışıqların aparılması planlaşdırılmır. Bu cəhdlər rəsmi Pyonqanqın vəd verdiyi tərksilah prosesinə zidd çıxa biləcəyi ilə bağlı dediyi sözlərdən sonra edilib. Qeyd edək ki, 2006-cı ildə Şimali Koreyanın keçirdiyi nüvə sınağından sonra Yonqbyanda nüvə diplomatik güzəştlər və yardım fonunda nüvə fəaliyyətini dayandırmağa vadar edilirdi. Bu işlər keçən ilin noyabr ayında başlayıb. Lakin bundan sonra rəsmi Vaşinqton bildirmişdi ki, Pyonqyan nüvə avadanlığının bir hissəsini köçürdüyünü və qurğularının əvvəlki yerlərinə qaytarılması və quraşdırılma işinə hələ də başlanılmadığını bildirib. Qeyd edək ki, Şimali Koreya ABŞ özünün tərksilah razılığını pozduğunu iddia etdiyi halda, rəsmi Vaşinqton isə bildirir ki, Şimali Koreya nüvənin tərksilahı ilə bağlı tələbləri tam yerinə yetirməsindən sonra siyahıdan çıxarıla bilər. /ANS TV/ © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 07.09.2008 11:25 © anspress.com |