Hindistanda minlərlə insan Kəşmir küçələrində aksiya keçirib
Toqquşmada iğtişaşçılar və qoşun hissələrindən olan əsgərlər də daxil olmaqla bir neçə nəfər xəsarət alıb

Hindistanda minlərlə əhali Kəşmirin küçələrinə axışıb. Onların küçələrin çıxmasına səbəb hökumət qüvvələri tərəfindən aksiya iştirakçısının öldürülməsi olub. Yüzlərlə iğtişaşçı «Biz azadlıq istəyirik!» şüarları səsləndirərkən başqa bir qrup isə anti-Hindistan şüarları səsləndirib.

Kəşmir küçələrinə çıxan aksiya iştirakçıları Srinaqar şəhərinə yürüş edərkən bunun qarşısını almaq istəyən hökumət qüvvələri arasında toqquşma baş verib. Qoşun hissələri aksiya iştirakçılarına qarşı güllələrdən və gözyaşardıcı qazdan istifadə etdiyi halda iğtişaşçı kütlə əsgərlərə qarşı daş və qaya parçalarından istifadə edib. Toqquşmada iğtişaşçılar və qoşun hissələrindən olan əsgərlər də daxil olmaqla bir neçə nəfər xəsarət alıb.

Həkimlərin verdikləri məlumata görə, toqquşma nəticəsində yaralananlardan biri həlak olub. Mülki insanın həlak olması küçəyə çıxmış iğtişaşçıları daha da qəzəbləndirib. Kəşmirdə baş verən bu çaxnaşma nəticəsində toqquşmının baş verdiyi əraziləridə mağazalar və biznes mərkəzləri bağlanılıb, avtobusların və başqa nəqliyyat vasitələrinin hərəkətinə maneələr yaranıb. Etiraz aksiyasının iştirakçıları əsasən müsəlman separatist liderləri biznes nümayəndələri, hüquqşunaslar və hökumət işçiləri də daxil olmaqla Camu-Kəşmir koordinasiya mərkəzinin ətrafında yürüşlər keçiriblər.

İki aydır ki, Hindistanın nəzarəti altında olan Kəşmir əyalətində tez-tez baş verən toqquşmalar nəticəsində 43 nəfər həlak olub ki, onların əksəriyyətinin polis tərəfindən açılan güllə nəticəsində həyatına son qoyulub. Qeyd edək ki, əyalətdə müsəlman liderlər müsəlmanların çoxluq təşkil etdiyi regionda hökumətin demoqrafiyanı dəyişməsi ilə bağlı planlarının olması barədə irəli sürdüyü iddialarla əlaqədar nümayişlərə başlayıblar və Hindistanın Kəşmir regionunda 1989 cu ildən sonra baş verən separatist üsyanlar nəticəsində 68 min nəfərin həlak olduğu bildirilir. /ANS TV/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 07.09.2008 11:16

© anspress.com