Elmar Məmmədyarov bu gün Rusiyaya səfər edəcək
O, regionda gedən son proseslər və «Qafqaz təhlükəsizlik və əməkdaşlıq platforması»nı müzakirə edəcək

Xarici işlər naziri Elmar Məmmədyarov bu gün Rusiyaya səfər edəcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, səfər Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovun dəvəti əsasında baş tutacaq.
Görüşlərdə regionda gedən son proseslər, eləcə də Türkiyənin təklif etdiyi «Qafqaz təhlükəsizlik və əməkdaşlıq platforması» ətrafında fikir mübadiləsinin aparılacağı bildirilir. /ANS TV/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 07.09.2008 11:08

© anspress.com