Azərbaycanın Aktauda baş konsulluğu açılıb
Bu gün Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilov Aktaudakı baş konsul Rəşad Məmmədovu Məngistay vilayətinin hakimi Krımbek Kuşerbayevə təqdim edib

Azərbaycanın Aktauda baş konsulluğu açılıb. Bu gün Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilov Aktaudakı baş konsul Rəşad Məmmədovu Məngistay vilayətinin hakimi Krımbek Kuşerbayevə təqdim edib. Görüşdə ölkələrimizin əlaqələrinin genişləndirilməsi, Azərbaycan ilə Məngistay vilayəti arasında daha sıx əməkdaşlıq qurulması, vilayətdə azərbaycanlılara yaradılmış şərait və digər məsələlər müzakirə edilib. Deyilib ki, Məngistay vilayətində, xüsusən də Aktauda çoxsaylı Azərbaycan diasporu yaşayır və elə buna görə də baş konsulluq məhz bu şəhərdə açılıb.
Bir gün əvvəl isə Lətif Qəndilov Rəşad Məmmədovu Astanada Qazaxıstanın xarici işlər naziri Marat Tajinə təqdim edib. /ANS PRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 06.09.2008 23:13

© anspress.com