Türkiyədə MHP Azərbaycana dəstək aksiyası keçirib
MHP rəsmisi: “Azərbaycan torpaqları işğal altında ikən belə bir ziyarət səhv bir addımdır”

Türkiyənin Milliyətçi Hərəkat partiyası (MHP) bu gün Azərbaycana dəstək aksiyası keçirib. “Anadolu Agentliyi”nin yaydığı məlumata görə, MHP-nın baş katibi Cihan Paçacı və onunla birlikdə olan partiyanın bir qrup heyəti Azərbaycanın Türkiyədəki səfirliyinə çələng qoyub. Paçacı mətbuata verdiyi açıqlamada prezident Abdullah Gülün İrəvan ziyarətinin doğru addım olmadığını deyib.

“Azərbaycan torpaqları işğal altında ikən belə bir ziyarət səhv bir addımdır”. /ANSPRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 06.09.2008 19:49

© anspress.com