Türkiyədə PKK-nın 6 vilayət üzrə nümayəndəsi öldürülüb
kod adı Qəhraman Haseki olan Əhməd Tevfiq, Ərzurum, Qars, Ərzincan, Bingöl, Bitlis və Muşda terror təşkilatına rəhbərlik edib
Türkiyə Bingöl vilayətinin Kiği rayonunda baş vermiş atışmada PKK terror təşkilatının bir neçə vilayət üzrə məsul şəxsi Əhməd Tevfiq öldürülüb. “Cihan” xəbər agentliyinin yaydığı məlumata görə, sentyabrın 2-də terrorçuların törətdiyi və 2 əsgərin şəhid olması ilə nəticələnən atışmadan sonra başladılan əməliyyatlarda 15 terrorçu öldürülmüşdü. Xəbər mənbəyi, öldürülən terrorçular arasında terror təşkilatının Ərzurum, Qars, Ərzincan, Bingöl, Bitlis və Muşdan ibarət əyalət nümayəndəsi olan kod adı Qəhraman Haseki olan Əhməd Tevfiqin də olduğunu bildirir. /ANSPRESS/ © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 06.09.2008 19:51 © anspress.com |