"Fiorentina" klubunun futbolçusu Adrian Mutu Beynəlxalq İdman Arbitraj Məhkəməsinə müraciət edib
Hazırda İtaliyanın “Fiorentina” klubunda çıxış edən 29 yaşlı rumın oyunçunun müraciətinə bu ilin sonuna kimi baxılacağı gözlənilir.
FİFA-nın, 2004-cü ildə “Çelsi”də oynadığı dövrdə kokain istifadə etdiyi üçün 7 ay yarışlardan xaric etdiyi və klubuna 17.2 milyon avro təzminat ödəməklə cəzalandırdığı Rumıniya milli komandasının və İtaliyanın “Fiorentina” klubunun futbolçusu Adrian Mutu, İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib. Hazırda İtaliyanın “Fiorentina” klubunda çıxış edən 29 yaşlı rumın oyunçunun müraciətinə bu ilin sonuna kimi baxılacağı gözlənilir. © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 07.09.2008 11:02 © anspress.com |