FİFA hakimə tüpürən serbiyalı futbolçunu cəzalandırdı
Hakimə tüpürən Serbiya milli komandasının oyunçusu Slobodan Rajkoviç, 1 il müddətinə beynəlxalq yarışlardan xaric edilib

Beynəlxalq Futbol Federasiyaları Assosasiyasından (FİFA) verilən açıqlamaya görə, Pekin 2008 29-cu Yay Olimpiya Oyunlarında 13 avqustda keçirilən Argentina-Serbiya matçında hakimə tüpürən serb oyunçu Slobodan Rajkoviç, 12 ay müddətinə beynəlxalq yarışlardan xaric edilib. İngiltərənin “Çelsi” klubunda oynayan Rajkoviçə verilən bu cəzanın bütün milli matçlar və klubunun heyətində çıxış edəcəyi bütün beynəlxalq matçlara aid olduğu bildirilir. FİFA, həmçinin 19 yaşlı futbolçunun apellyasiya müraciəti etmək hüququnun olduğunu da bildirib.

Elvin Rəsul /ANS PRESS/ 

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 06.09.2008 17:49

© anspress.com