Abdulla Gül Serj Sarkisyanla görüşüb (FOTOSESSİYA)
Türkiyə prezidenti:«Milli komandaların oyununun verdiyi fürsəti gözəl bir şəkildə dəyərləndirdik»
Abdulla Gül Serj Sarkisyanla görüşüb. «Anadolu» xəbər agentliyinin yaydığı məlumata görə, təxminən 1 saat davam edən görüşdə Türkiyənin xarici işlər naziri Əli Babacan da iştirak edib. Görüşdən sonra hər iki prezident mətbuat üçün açıqlama ilə çıxış edib. Görüşdə Qafqazdakı vəziyyətin müzakirə olunduğunu bildirən Türkiyə prezidenti deyib ki, Ermənistanla Türkiyə arasındakı problemlərin aradan qaldırılması üçün münbit şəraitin yaradılması istiqamətində iradə ortaya qoyulub: «Ümid edirəm ki, bu səfər iki ölkə arasında problemlərin həlli üçün yeni bir başlanğıc olacaq». Şəkillərə burada baxa bilərsiniz © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 06.09.2008 20:14 © anspress.com |