Türkiyə prezidenti Abdullah Gül artıq İrəvandadır (Yenilənib)
Onu Türkiyənin xarici işlər naziri Əli Babacan müşayiət edir

Türkiyə prezidenti Abdullah Gül artıq İrəvandadır. Bu barədə “Novosti-Armeniya” məlumat yayıb. Verilən məlumata görə, bir neçə dəqiqə əvvəl Türkiyə prezidentinin təyyarəsi “Zvatrnots” beynəlxalq hava limanına enib. Onu Türkiyənin xarici işlər naziri Əli Babacan da müşayiət edir.

Türkiyə prezidentinin hava limanında Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan qarşılayıb.  Abdullah Gül oradan birbaşa prezident sarayına gələrək Serj Sarkisyanla görüşüb. Görüşdən və Ermənistan prezidentinin verdiyi  iftar yeməyindən sonra dövlət başçıları Ermənistan - Türkiyə  futbol oyununu izləmək üçün "Razdan" stadionuna gedəcəklər.
Nümayəndə heyətinin tərkibinə 15 dövlət xadimi, 30 təhlüksəzlik xidmətinin əməkdaşı və 70 KİV təmsilçisi daxildir. /ANS PRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 06.09.2008 17:15

© anspress.com