Murad Çelik: Milan Baroş irqçidir və Türkiyəyə yaraşmır
Belə bir səviyyəli, tanınmış bir futbolçunun adının, “irqçilik”lə birgə çəkilməsi çox üzücüdür

Türkiyənin “Beşikataş” klubunun idarəçisi Murad Çelik, “Qalatasaray”ın yeni transferi Milan Baroşun irqçi olduğunu və Türkiyəyə yaraşmadığını bildirib. “Milan Baroşun Lionda irqçi hərəkətləri vardı. Bu qəbul edilə bilməz..” M.Çelik, Milan Baroşun irqçi hərəkətlərinin Avropada qalmaqala səbəb olduğunu bildirərək, amma nədənsə türk idman mətbuatının bu söhbətlərə biganə qaldığını bildirib. “Qalatasarayın son trasferi çex oyunçu Milan Baroş çox yaxşı və önəmli bir futbolçudur. Buna heç bir şübhə yoxdur. Amma böyük klubların formasını geyinən oyunçuların, ictimaiyyət və gənçlik üçün nümunə olduğunu unutmaq lazım deyil. Fransada oynadığı dövrdə M.Baroşun, Ren komandasının qara dərili futbolçusu Stefan Mbiaya qarşı etdiyi hərəkət qəbul edilə bilməz. Belə bir səviyyəli, tanınmış bir futbolçunun adının, “irqçilik”lə birgə çəkilməsi çox üzücüdür. Belə bir oyunçunun artıq Türkiyədə çıxış etməsi çox düşündürücüdür. İrqçi futbolçunun yaradacağı bir model, idmanda “fair-play” tərəfdarı olaraq şəxsən məni çox narahat edir.”

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.


Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com

Tarix: 07.09.2008 00:39

© anspress.com