Qoran Lenmarker: “Türkiyə özündə güc tapmalı və “erməni soyqırımını” tanımalıdır"
Bu barədə ATƏT Parlament Assambleyasının sədrinin xüsusi nümayəndəsi Ermənistan parlamentinin spikeri Tiqran Torosyanla görüşündə bildirib
"Ermənistan Türkiyəyə müasir Avropa ölkəsi olmaq üçün Ermənistanın tarixi imkanı var". Bu barədə ATƏT Parlament Assambleyasının sədrinin xüsusi nümayəndəsi, Gürcüstan və Cənubi Osetiyadakı vəziyyətlə bağlı xüsusi məruzəçi Qoran Lenmarker Ermənistan parlamentinin spikeri Tiqran Torosyanla görüşündə bildirib. Bu barədə “Novosti-Armeniya" məlumat yayıb. Q. Lenmarker Ermənistanın regiondakı siyasətini qiymətləndirərək qeyd edib ki, Abdullah Gülün İrəvan səfərindən sonra Ermənistan -Türkiyə münasibətlərində proqresin olacağına ümid edir. “Ermənistan, güclü qüvvələrin müasir Avropa ölkəsinə çevirmək istədiyi, ammaçətinliklərlə üzləşdiyi Türkiyəyə kömək etmək üçün tarixi imkana malikdir.”, deyə Q. Lenmarker bildirib. Qeyd edək ki, bu barədə Ermənistan prlamentinin ictimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb. “Türkiyə özündə güc tapmalı, öz keçmişinə qalib gəlməli və “erməni soyqırımını” tanımalı, Avropa Birliyinə üzv olan ölkələrdə qəbul edilən bütün standartlar olanda, məhz insanların hüquqları qorunanda, demokratiya, korrupsiyasız cəmiyyət olanda isə Avropa Birliyinə üzv olmalıdır”, deyə Q. Lenmarker bildirib. Bununla yanaşı, Lenmarker qeyd edib ki, Ermənistan-Türkiyə əlaqələrinin yaranması üçün ilk addım iki ölkə arasında sərhədlərin açılması olmalıdır. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
Xəbər anspress.com tərəfindən təqdim edilib.: http://www.anspress.com
Tarix: 06.09.2008 15:43
© anspress.com
|